“Aparatda yoldaş Zülümovdur” – FOTOLAR
Bizi izləyin

Art

“Aparatda yoldaş Zülümovdur” – FOTOLAR

“Aparatda yoldaş Zülümovdur… Zülümov dedi, qurtardı”.

“Əhməd haradadır” filmindən olan bu məşhur frazanı təsadüfən xatırlamadım. Onu tanıyanlar söhbətin sevilən aktyor Lütfəli Abdullayevdən getdiyini anladılar. Bu gün onun anım günüdür.

Lütfəli Abdullayev sağlığında özünə ölməzlik qazanan aktyorlardan olub. Özü hələ sağ ikən onun filmlərdə işlətdiyi sözlər aforizmə çevrilərək xalqın dilində əzbər olub.

Publika.az xəbər verir ki, 1914-cü ildə Şəkidə doğulan aktyor 1928-ci ilin sentyabrında Bakıya gəlib.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Burada bir-birindən maraqlı obrazlar yaradıb.

1973-cü ildə dünyasını dəyişən aktyor cəmi 59 il ömür sürüb. Söhbət cismani yoxluqdan gedir, çünki Lütfəli Abdullayev bu gün də həyatını çəkildiyi filmlərdə, oynadığı rollarda davam etdirir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm