“Əli və Nino”da Çəmənzəminli izi - Əlyazmalar İnstitutundakı FAKTLAR - FOTOLAR
Bizi izləyin

Art

“Əli və Nino”da Çəmənzəminli izi - Əlyazmalar İnstitutundakı FAKTLAR - FOTOLAR

“Əli və Nino”da Çəmənzəminli izi - Əlyazmalar İnstitutundakı FAKTLAR - FOTOLAR

III HİSSƏ

“Əli və Nino” əsərinin müəllifinin kimliyi ilə bağlı silsilə araşdırmamız davam edir. Bu dəfə məsələyə elmi cəhətdən yanaşmaq üçün üz tutduq Əlyazmalar İnstitutuna.

İnstitunun böyük elmi işçisi, fililogiya elmləri üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətli daha əvvəlki yazıda müəyyən faktlara toxunmuşdu. Bu dəfə isə həmin faktları yerində təhlil etmək daha maraqlı olacaqdı.

Karyerasının böyük bir hissəsini Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığının araşdırılmasına həsr edən Ş.A.Hümmətli qətiyyətlə əsərin ona aid olduğunu bildirdi.

“Zərəsb” imzası

Ş.A.Hümmətlinin ortaya qoyduğu ilk fakt araşdırmalar zamanı özünün aşkar etdiyi “Zərəsb” (Qızıl at) imzasıdır. 2003-cü ilədək Çəmənzəminlinin bu imzasından heç kəsin xəbəri olmayıb. “Zərəsb” imzasının da 14 il əvvələdək eynilə “Qurban Səid” imzası kimi Yusif Vəzirə aid olduğu bilinmirdi. Filoloqun sözlərinə görə, Yusif Vəzir məqalələrində xalqımızın tarixən məişətində və folklorunda xüsusi anlamı olan at barədə, at (əsb) adının təsirilə yaranan insan adları haqqında məqamlara dəfələrlə toxunub. Yazıçının “Qızlar bulağı” adlı tarixi romanında da sonluğu “əsb”lə bitən onlarca ad var. Ona görə də belə bir imza seçməsi və iqtisadiyyatdan bəhs edən məqalələrini məhz “Zərəsb” imzası ilə yazması da təbiidir. Nəzərə almaq lazımdır ki, “Əli və Nino” əsərində də atlarla bağlı bir çox məqamlar var.

Bəlkə də Yusif bəyin bu və ya başqa imza ilə çox əsərləri var. Lakin həmin əlyazmalar ya repressiya dövründə məhv edilib, ya da dünyanın hansısa arxivində qalmaqdadır. Başqa sözlə desək, Yusif Vəzirə aid sirlər hələ də var.

Əlyazmalar məhv edilmiş ola bilər

“Ədəbiyyat” qəzetinin 90-cı illərin əvvəlində çıxan nömrələrindən birində “Yusif Vəzir Çəmənzəminlinin həyatının son illəri” adlı məqalədə qeyd olunur ki, Yusif bəy sürgündə olarkən, Qoridə rusiyalı bir oliqarxın malikanəsində fəhlə kimi odun daşıyırmış. Bir gün oliqarxın arvadı təsadüfən Yusif Vəzirin fransız dilini bildiyini öyrənir və ərindən xahiş edir ki, Yusif bəyi fəhlə kimi çalışdırmasın və ondan fransız dilini öyrənsin. Bu əsnada bir çox əsərlər yazan Çəmənzəminli "ifşa" olunarkən əlyazmalarının bir qismi həmin malikanədə qalır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çəmənzəminli ölümündən öncə əlyazmaları həmin tələbəsinə həvalə edir. Qadın isə onları tövlədə basdırır. İllər sonra həmin yer qazılanda isə artıq əlyazmalar çoxdan çürümüş və oxunmaz hala düşmüşdü. Bu yazıların arasında “Əli və Nino” əsəri də ola bilərdi.

"Əlixan" imzası əsərdəki Əli ola bilərmi?

“Əslində “Əli və Nino” romandan daha çox gündəlikdir. Bu əsərin sonunda da qeyd olunur. Xatırlayırsızsa, sonda Əlinin dostunun dilindən yazılır ki, Əlixan Cavanşir öldü və mən onun cibindən gündəlik tapdım. Bu gündəliyi onun həyat yoldaşı Ninoya verəcəm” - Şəlalə Ana Hümmətli belə düşünür.

O, 2008-ci ildə İstanbulda beynəlxalq simpoziumda iştirak edərkən, Yusif Vəzirin illər öncə müxtəlif sənədləri təhvil verdiyini qeyd etdiyi, amma tədqiqatçıların ünvanını tapa bilmədikləri kitabxananın yerini xeyli çətinliklə də olsa, müəyyənləşdirib. Hazırda İstanbul Türkiyyat Araşdırmaları İnstitutunun nəzdində yerləşən həmin kitabxanaya - Katanov kitabxanasına gedib. Lakin Katanov kitabxanasından bildirirlər ki, burda qalan yalnız kitablardır, əlyazma və sənədlərin hamısı illər öncə Katanovun qohumları tərəfindən Kazan kitabxanasına aparılıb.

Şəkildə gördüyünüz Yusif Vəzir Çəmənzəminlinin "Məlik Məhəmməd" adlı ilk kitabının (1911) titul səhifəsidir. Bu səhifədəki əsas fakt Ş.A.Hümmətli tərəfindən aşkar olunan "Çəmənzəminli Əli xan" imzasıdır. Buradakı “Əli xan”ın "Əli və Nino" əsərinin qəhrəmanı Əli xanla bağlı olduğunu söyləmək olar.

Avstriyada bir iz...

Daha bir ehtimal əlyazmanın Avstriyada olmasıdır: Çəmənzəminlinin, böyük ehtimalla avstriyalı bir professorla yazışmaları olub. Şəlalə xanımın yazıçının şəxsi arxivindəki əlyazma qeydləri arasından tapdığı bir ünvan bunu söyləməyə əsas verir. Həmin şəxs Yusif Vəzirin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsəri barəsində Avstriya jurnalında rəy yazan prof. F.Kraelitsadır. Şəlalə xanımın sözlərinə görə, bu izlə gedərək, həmin professorun arxivini tapsaq, bəlkə də “Əli və Nino”ya dair mühüm faktlar üzə çıxar.

Nəzərə alsaq ki, "Əli və Nino" əsəri ilk dəfə 1937-ci ildə Avstriyanın paytaxtı Vyanada nəşr olunub, deməli, Çəmənzəminlinin dostuna göndərdiyi məktublar arasında "Əli və Nino"nun əlyazması da ola bilər.

Qurban Səid - qurban olan seyid

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hələ illər öncə professor Pənah Xəlilov Qurban Səid imzasının Çəmənzəminliyə aid oluğunu bildirmişdi. Belə ki, təxəllüsdəki “Səid” sözü əslində “seyid” deməkdir (Yusif Vəzir seyid nəslindən idi, əsl adı Miryusif Vəzirovdur). "Qurban" isə "qurban olan" mənasındadır. Yəni "qurban olan səid". Xəlilovun fikrincə, Çəmənzəminli əsəri mühacirət dövründə yazıb və özünü bu əsərdə represiyanın, təqiblərin qurbanı olan seyid kimi təqdim edir. Necə ki, "Əli və Nino" əsərində də Əli sonda vətəni üçün özünü qurban verir.

Xəlilov bunu Yusif Vəzirin "Müsavatçıya cavab" məktubunda - "Yetər ki, mən qurban oldum",- deyərək, özünü bəzi liderlərin siyasi oyunlarına verilmiş "mübarək qurban" hesab etməsiylə əlaqələndirir. Üstəlik, Yusif Vəzirin Türkiyədə olarkən Əli imzası ilə yazdığı “Kurban” adlı əsəri var.

Çəmənzəminlinin keçdiyi həyat yolunun səhifələrini vərəqləyəndə, həqiqətən əmin olursan ki, ədib məşələ dönmüş bir ömür yaşayıb. O məşəlin işığını isə həmişə çox sevdiyi xalqının maarifi, müstəqilliyi, azdlığı yolunda yandırmışdır. Ona görə də həqiqətən Yusif Vəziri bir növ özünü qurban edən biri kimi xarakterizə etmək olar.

Araşdırmamızı bu günkü müsahibimizin fikirləri ilə tamamlayırıq:

“Belə bir əsəri yazmaq üçün, gərək Yusif Vəzir qədər türk ruhun olsun. Bir yəhudi heç vaxt belə bir əsər yaza bilməz. Əsərdə Əlinin sevgilsini erməninin əlindən alma səhnəsi təkcə kifayət edir ki, burda ermənilərə qarşı xüsusi nifrəti görək”.

Amin

Y.V.Çəmənzəminlinin əlyazmasının fotoları Ş.A.Hümmətliyə məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm