Bu əsərlərin keçmiş sahibləri axtarılır
Bizi izləyin

Art

Bu əsərlərin keçmiş sahibləri axtarılır

Bu əsərlərin keçmiş sahibləri axtarılır

Müxtəlif dövrlərə və üslublara aid 31 rəsm əsəri Luvr muzeyinin daimi ekspozisiyasına daxil edilib. Bu məqsədlə iki xüsusi zal ayrılıb. Həmin əsərlərin hamısı alman işğalı zamanı fərdi şəxslərdən müsadirə olunub və Fransadan aparılıb.

Hazırda bu rəsm əsərlərinin keçmiş sahiblərini tapmaq muzeyin əsas məqsədidir.

“Rəsm əsərlərinin əksəriyyəti II Dünya müharibəsi zamanı yəhudi ailələrindən müsadirə edilib. Varislər şəkillərə baxaraq haqlarını tələb edə və rəsmi şəkildə onları qaytara bilərlər”, - deyə muzeyin nümayəndəsi Sebastyan Allar bildirib.

Eksponatların arasında Fransanın XIX əsr peyzaj ustası Teodor Russonun “Lizonanın mənbəyi” əsəri də var. Müharibə sona çatdıqdan sonra 45 mindən çox incəsənət əsəri qanuni sahiblərinə qaytarılıb. Luvrun ekspozisiyalarında və ehtiyat kameralarında saxlanılan 2 mindən artıq əsər, o cümlədən 296 rəsm əsəri isə sahiblərinin yolunu gözəyir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm