Art
Dneprdə Qara Qarayevin 100 illiyi qeyd edildi
Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi ilə bağlı konsert təşkil olunub.
Trend-in məlumatına görə, Dnepr şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Beynəlxalq Fondun, Dneprpetrovsk Azərbaycanlıları Konqresi və Dneprpetrovsk Azərbaycanlıları Liqasının birgə təşkilatçılığı ilə keçirilən yubiley gecəsində ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Dnepretrovsk Vilayət Deputatlar Şurasının sədri Qleb Priqinov, tanınmış elm və incəsənət xadimləri, diaspor nümayəndələri iştirak ediblər.
Q.Qarayevin dünya musiqi mədəniyyətinin nadir simalarından biri olduğunu deyən səfir A.Xudiyev bildirib ki, dahi bəstəkarın dərin məzmunlu, zəngin, milli gerçəklik hüdudlarından kənara çıxan, musiqiləri ümumbəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir. Q.Qarayev milli musiqimizə yeni məzmunla yanaşı, müasir ifadə vasitələri, yeni janrlar gətirib. Bəstəkar həm klassikaya arxalanıb, həm də müasir məzmunlara müraciət edib.
Diplomat, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq AXC-nin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olduğunu söyləyib.
Dnepretrovsk Vilayət Deputatlar Şurasının sədri Q.Priqinov çıxış edərək bu cür tədbirlərin keçirilməsinin Azərbaycan ilə Ukrayna arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. O birgə mədəni layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Müslüm Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov isə çıxışında Dneprdə Azərbaycanın dahi şəxsləri ilə bağlı tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib. O, bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.
Sonra Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Dnepr Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin əsərləri səsləndirilib.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




