Art
Qara Qarayev öz adını daşıyan muzeydə yad olunacaq
Fevralın 4-də görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Qara Qarayevin xatirəsi yad olunacaq.
Publika.az xəbr verir ki, Musiqi Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbir sənətkarın adını daşıyan muzeydə gerçəkləşəcək.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi açılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunacaq. Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.
Qeyd edək ki, 1918-ci il fevralın 5-də Bakıda dünyaya gələn dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu


































.jpg)

