Art
Firəngiz Əlizadənin yeni əsərinin ABŞ-da möhtəşəm premyerası - VİDEO
Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası iyulun 20-də ABŞ-ın Los Anceles şəhərində yerləşən, dünyanın ən gözəl və əzəmətli musiqi mərkəzlərindən olan “Walt Disney Concert Hall”-da gerçəkləşdirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.
22 ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət “iPalpiti” Kamera Orkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.
Konsertdə 2 mindən çox los ancelesli klassik musiqisevərlər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayənədələri və jurnalistlər iştirak ediblər. Konsert ərəfəsində bir sıra ABŞ mətbu orqanlarında, o cümlədən “Los Angeles Times” qəzetində F.Əlizadənin əsərinin premyerası haqda məqalələr dərc olunub.
Tədbirdən öncə qonaqlara Azərbaycan və F.Əlizadə haqqında məlumatları özündə əks etdirən broşürlər paylanılıb. Böroşürdə ölkəmizin zəngin mədəniyyəti və musiqi irsi, multikulturalizm və qədim tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib. Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğu və ilk dəfə qadınlara seçki hüququ verdiyi, müsəlman dünyasında ilk opera, operetta və baletin vətəninin də Azərbaycan olduğu qeyd olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə öz təbrik mesajında F.Əlizadənin bəstəsi olan və ilk dəfə olaraq səsləndirilən “Harmoniya” əsəri haqqında məlumat verərək, əsərin Şərqlə Qərbin, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyaların qovuşduğu və mehriban birgə yaşadığı Azərbaycanı özündə əks etdirdyini vurğulayıb.
Broşürdə həmçinin bəstəkar F.Əlizadənin yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərlərinin dünyaca məşhur “Kronos Quarteti”, “Yo-Yo Ma”, “Berlin Philharmonic”, “Concertgebouw Orchestra”, Hilary Hahn və digər musiqiçilər tərəfindən ifa edildiyi qeyd olunub.
Tamaşaçıların zövqünü oxşayan əsər gurultulu və sürəkli alqışlarla qarşılanıb. Azərbaycan musiqisi bir daha los ancelesli musiqisevərlərin qəlbini fəth edib.
Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara master-klass verib.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar








.jpg)
.jpg)
.jpg)
.jpg)
























