Art
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü - FOTO
Avqustun 9-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Kroftsu səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.
Publika.az xəbər verir ki, nazir fəaliyyəti dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də aktiv təşəbbüslər irəli sürdüyünə və iki ölkə arasında əlaqələrin inkişafına töhfələrinə görə səfirə təşəkkürünü bildirib. Xanım Karol Krofts Azərbaycanda çalışdığı müddətdə ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. Ölkəmizdəki diplomatik fəaliyyəti dövründə reallaşan çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. Səfir həmçinin ölkəmizin qədim və zəngin mədəni irsini yaxından tanıdığı üçün məmnunluğunu ifadə edib. Xalqımızın gözəl mentalitetə və zəngin adət-ənənələrə sahib olduğunu deyən diplomat azərbaycanlıların qonaqpərvərliyini və ölkəmizin multikulturallığını yüksək qiymətləndirib.
Səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkilindən söz açıb və Şəki Xan sarayı və şəhərin mərkəzi hissəsinin Dünya irs siyahısına salınması münasibətilə nazirə təbriklərini çatdırıb.
Vurğulanıb ki, ölkə rəhbərliyinin diqqəti və Təşkilat Komitəsinin gərgin əməyi sayəsində bu sessiya uğurla reallaşıb.
Nazir öz növbəsində bildirib ki, xanım Karol Kroftsun səlahiyyət müddəti başa çatsa da, Azərbaycan ona dost olan insanları hər zaman sevgi ilə qəbul edir və gözləyir. Ölkələrimiz hər zaman dostluq münasibətlərində olub və bu əlaqələr gələcəkdə də davam edəcək.
Əbülfəs Qarayev Azərbaycan ilə Böyük Britaniya arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirib.
Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan səfirə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda səfir Karol Krofts səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Xanım diplomat həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını vurğulayıb.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu




























