Art
Cəfər Cabbarlı ilə bağlı yeni kitablar təqdim olundu - FOTO
Avqustun 31-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə yeni nəşr olunmuş 2 kitabın təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə çıxış edən təşkilatın sədri, C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Bağırova bildirib ki, ədibin poeziya nümunələrinin toplandığı “Ölkəm” adlı kitaba C.Cabbarlının bir sıra lirik, satirik və vətənpərvərlik mövzusunda yazdığı şeirləri toplanıb: “Filologiya elmləri doktoru Asif Rüstəmlinin müəllifi olduğu, cabbarlışünaslığın inkişaf mərhələlərindən bəhs edən “Cəfər Cabbarlı və Cabbarlışünaslıq” adlı digər tədqiqat əsərində Azərbaycan ədəbiyyatşünaslığının tərkib hissəsi olan cabbarlışünaslıq elmi haqqında araşdırmalar yer alıb. Kitabda son yüz ildə C.Cabbarlının həyatı və yaradıcılığı haqqında qələmə alınmış irili-xırdalı onlarla ədəbi, elmi, publisistik məqalə və tədqiqatlar haqqında geniş məlumatlar verilib. Eləcə də cabbarlışünaslığın bütün dövrləri və problemləri araşdırılıb, bu elmin meydana gəlməsində, formalaşmasında və inkişafında bir neçə ədəbiyyatşünaslar nəslinin xidmətləri diqqətə çatdırılıb”.
Q.Bağırova vurğulayıb ki, tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik ədəbiyyat nümayəndələrinin həyat və yaradıcılığının öyrənilməsidir: “Bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığı geniş təbliğ olunur”.
Tədbirdə qeyd edilib ki, hər iki kitabın işıq üzü görməsi böyük yazıçının yubiley ilində oxuculara hədiyyə olacaq.
Təqdimat mərasimində Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahir, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, Tahirə Məmməd, Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, Firudin Qurbansoy, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, Naxçıvan Dövlət Universitetinin dosenti Xanəli Kərimli, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, şair Yusif Nəğməkar və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ədibin həyat və yaradıcılığı haqqında danışıblar. Sonda C.Cabbarlının əsərlərindən ibarət kitab sərgisi təşkil olunub.
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO







































