Art
Nəsimi deyirdi ki, Həzrəti Məhəmməd tayfasındanam - Anar
Nəsimi Azərbaycan ədəbiyyatında müstəsna bir sənətkardır. O, Qazi Bürhanəddin, Yunis Əmrə, “Kitabi-Dədə Qorqud”dan sonra Azərbaycan dilində ən möhtəşəm divan yaratmış bir sənətkardır.
Publika.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən “Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı yazıçı Anar deyib. “Nəsimi amansız bir dövrdə yaşayırdı və bu zaman insanın böyüklüyünü, əvəzsizliyini təbliğ edirdi, insanın dünyanın əşrəfi olduğu fikrini irəli sürürdü. Sovet dövründə də Nəsimi unudulmadı. Ulu öndərin təşəbüsü ilə Nəsiminin 600 illiyi keçiriləndə Bakıda heykəli qoyuldu, kitabları nəşr olundu. Amma təbii ki, sovet dövründə onu daha çox ateist kimi təbliğ etmək istəyirdilər. Bu isə Nəsimin yaradıcılığı ilə o qədər də uyğun deyildi. Nəsimi deyirdi ki, mən haşimiyəm, qüreyşiyəm, seyidəm, Həzrəti Məhəmməd tayfasındanam. Ona görə də onu dinsiz elan etmək düzgün deyildi. Amma buna baxmayaraq, Nəsiminin yaradıcılığında insanın tərənnüm olunması onu dünyanın böyük humanist yazarları ilə bir sıraya çıxarır. Hörmətli Prezident İlham Əliyevin sərəcamı ilə qeyd olunan bu il təkcə “Nəsimi ili” deyil, həm də bir növ, ədəbiyyat ilidir", - Anar bildirib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.png)


























.jpg)

.jpg)