Art
Teatrsevərlər belə “Xəsis” görməyib - FOTO
Dünən Azdrama-da İnklüziv ƏSA Teatrının yeni tamaşası səhnəyə qoyulub.
Publika.az xəbər verir ki, bu dəfə ƏSA dünya klassikasından J. B. Molyerin məşhur “Xəsis” komediyasına müraciət edib. Əsərin motivləri əsasında quruluş verilən tamaşa "And" adlanır. Tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadədir.
Musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lermanın olduğu əsərin premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Mədəniyyət naziri Əbülfəz Qarayev, millət vəkili Qənirə Paşayeva, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya xidmətinim rəisi Vüsal Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Asan Xidmətin rəhbəri Ülvi Mehdiyev, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və başqa dövlət rəsmiləri iştirak edib.
Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Günay Məmmədova, Orxan Əliyev, Bəhram Rəhimli, Fərid Əliyev, Rəsul Zəkiyev ifa edib.
ƏSA Teatrının təsisçisi Nihad Qulamzadə bildirib ki, “And” tamaşasının tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasına əmindir. “İstər quruluş, istərsə də aktyor oyunu baxımından “And” klassik teatr çərçivələrini aşır. Teatrsevərlər belə “Xəsis” görməyiblər!” , - deyə o, sözlərinə əlavə edib.
Nihad Qulamzadənin fransız dramaturqu J. B. Molyerin “Xəsis” əsərinin motivləri əsasında quruluş verdiyi “And” dramatik-komediyası bu günədək ənənəvi dünya teatrlarının repertuarındakı “Xəsis”dən olduqca fərqlənir. Molyerin qələmə aldığı “Xəsis” tamaşasına baxan istənilən tamaşaçı əsərin qəhrəmanı Qarpaqonu ancaq özünü düşünən zəngin xəsis kimi görür. Lakin ƏSA Teatrı “Xəsis” əsərinə tamamilə fərqli rakursdan baxmaqla, Qarpaqonun xəsisliyinin mahiyyətini göstərir. Klassik teatr nümunəsi olan “Xəsis” əsərindəki Qarpaqon tamaşaçıda ikrah hissi yaradırdısa, ƏSA Teatrının “And”ında tamaşaçının Qarpaqona münasibəti dəyişir. Modern əsaslarla quruluş verilən “And” tamaşası əvvəldən-axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.
Məhz, ƏSA Teatrının “And”ı tamaşaçını öz yeni yanaşmaları ilə cəlb etmək gücünə malikdir. Əsərin bütün personajlarının həyat tərzi, obrazların birinin digərinə münasibəti və hamının baş qəhrəman Qarpaqona qarşı münasibəti tamaşanın təqdimatı zamanı tamaşaçıda “niyə” sualına cavab tapmaq üçün əsas verəcək.
“And” tamaşasında əhvalat orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Marianayla evlənmək istəyir, qızı Eliza isə atasının qulluğunda duran Valerə aşiqdir. Uşaqlarının sevgi macəralarını bilməyən Qarpaqonun fikri isə tam başqadır. O, uşaqlarının ikisini də varlı insanlarla evləndirmək istəyir. Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək istəyir. Atasının niyyətindən xəbərdar olan kimi Kleant təcili pul tapmağa çalışır, faizlə pul verən insanları araşdırmağa başlayır. Hər kəsdən gizlətdiyi mücrüsünün yerində olmadığını görən Qarpaqon evə polis çağırır və hamıdan şübhələndiyini deyir. Sonluq qoy sizi intizarda saxlasın, sadəcə onu deyə bilərik ki, tamaşa heç kəsin gözləmədiyi şəkildə bitir...
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





