Art
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral 2020-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcəkdir.
Müşavirədə dövlət və özəl sektorun, yerli sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Həmçinin tədbir zamanı Avropa Şurasının Mədəni Marşurtların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşurtlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni və adıçəkilən qurumdan daha 2 nəfər ekspertin mövzu ilə əlaqədar çıxışları eləcə də, təlimlərdə iştirakı planlaşdırılır.
Bununla yanaşı, müşavirədə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulmuşdur. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.
Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-ci ildə qoşulmuşdur.
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam











.png)

.jpg)


.jpg)





















