Art
"Era" qısametrajlı film müsabiqəsinin qalibləri müəyyənləşdirildi
Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icma təşkilatlarına daxil olan "Era Teatrı" ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi əsasında elan olunmuş qısametrajlı film müsabiqəsinə yekun vurulub.
Mayın 6-dan 27-dək müsabiqənin [email protected] ünvanına 10-dan çox qısametrajlı film göndərilib. 3 mərhələdən ibarət olan müsabiqənin gedişində yaradıcılıq fantaziyaları ilə yanaşı, filmlərdə mövzuların aktuallığına, malik olduğu çoxsaylı sosial çağırışlara da diqqət yetirilib.
Sosial şəbəkə izləyicilərinin rəğbətini də nəzərə alan münsiflərin yekun qərarına əsasən, I yerə Sahil Hüseynovun "Yuxu", II yerə Elnur Vəlizadənin "Ölümün rəngi", III yerə Sənan və Kənan Şərifovların "Qumar qurbanı" filmləri çıxıb.
"Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu bildirib ki, təşkilatçılar COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda elan olunmuş sərt karantin dövründə yaranmış boşluğun aradan qaldırılması və soydaşlarımızın diqqətini yaradıcılığa cəlb etmək məqsədilə bu layihəni gerçəkləşdiriblər. Müsabiqənin məqsədi, həm də gənclər arasında incəsənətin teatr və kino sahələrinə marağı artırmaq və sevdirmək olub.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə xüsusi təşəkkürünü bildirən bədii rəhbər qeyd edib ki, həyata keçirdikləri birgə layihənin səmərəli nəticəsini gördükləri üçün, dəstək göstəriləcəyi təqdirdə, gələcəkdə də müxtəlif müsabiqələr təşkil etmək niyyətindədirlər.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir







.jpg)




























