Art
Qarabağ bizim olacaq - Firəngiz Əlizadə
Bu günlər çox həyəcanlı və çox sevincliyik, 30 ildir ki, bu müjdəli xəbəri gözləyirdik. Nəhayət ki, ordumuz əks-hücuma keçdi. Bütün əsgərlərə öz xeyir-duamızı veririk, onların arxasında dayanmışıq. Bütün düşüncələrimiz, dualarımız və həyəcanımız onlarladır. Çox istərdim ki, ordumuz durmadan bu mübarizəni davam etdirsin.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açıqlamasında deyib. Xalq artisti qeyd edib ki, Qarabağın azad olunması hər bir azərbaycanlının müqəddəs arzusudur:
“Bizim nəslin nümayəndələri hər zaman düşünürdü ki, görəsən bu günü görə biləcəyikmi, yoxsa görməyəcəyik. Nəhayət ki, cəbhədən gözəl xəbərlər eşidirik və eşidəcəyik. Müharibənin öz qayda-qanunları var, amma istərdik ki, itkilərimiz az olsun. Öz həyatlarını vətən uğrunda qurban verməyə hazır olan bütün igidlərimizi Allah qorusun. İnşallah hər biri sağ-salamat öz evlərinə qayıdar.
Arzu edirəm ki, hərbi marş və mahnılarımız onların qulaqlarında səslənsin və ilhamlandırsın. Bu günlərdə bəstəkarlarımız onlarla yeni mahnı və marşlar yazıb, öz düşüncə xəyallarını bu kompozisiyalarda təcəssüm etdiriblər. Bəstəkar və musiqişünaslar əsgərlərimizin yanındadır, gecə-gündüz onlara dua edirik. Çox inanırıq ki, Qarabağ bizim olacaq və müstəqil Azərbaycanımız ərazi bütövlüyünü bərpa edəcək”.
Aytən Məftun
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...











.png)





















.jpg)
.jpg)

