Art
“İMZA”nın dəstəyi ilə çəkilən “Şuşam mənim” klipi təqdim edildi
Xalq Artisti, milli ruh, qəhrəmanlıq, vətənpərvərlik janrında oxuduğu mahnılarla hər zaman tamaşaçıların qəlbini fəth etmiş Tünzalə Ağayeva bu dəfə öz yeni şərqisi ilə azad Şuşamızı tərənnüm edib. Tünzalə xanımın bəstəkarı olduğu mahnıda qədim Pənahabad, bütün azərbaycanlıların ruhunun, qəlbinin, könlünün şəhəri olan, mənəviyyatımızda, mədəniyyətimizdə xüsusi yerə malik, xarı bülbülün vətəni gözəl Şuşamız vəsf olunub. Böyük şairimiz Rəsul Rzanın sözlərinə bəstələnmiş mahnı qısa müddətdə azərbaycanlı tamaşaçıların sevgisini qazanıb, necə deyərlər könülləri oxşayıb. Şərqinin sözlərində deyildiyi kimi torpaqdan pay olmaz!
İMZA Sosial Inkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin Publika.az-a verdiyi məlumata görə, yüksək səviyyəli və keyfiyyətli klipin çəkildiyi “Şuşam mənim”də mədəniyyət paytaxtımızın mənfur düşmənimizdən azad edilməsi əməliyyatına həsr olunmuş və ayrıca səhnələşdirilmiş epizodlar da var. Gözəl ifa və həzin musiqiylə müşayət olunan klipdə tamaşaçılar əziz şəhidlərimizin canı, qanı, qazilərimizin misilsiz şücaəti nəticəsində yenidən hürriyətinə qovuşmuş, əsl təbiət möcüzəsi sayılan və əsrarəngiz məkanda yerləşən şəhərimizin möcüzəvi mənəvi aurasına bir daha valeh olurlar. Biz vətən uğrunda ölmürük, şəhid oluruq. Bir ölsək də min dirilirik. Ona görə Azərbaycanımız üçün canımızı fəda edirik ki, azad vətənimiz və bu vətəni cənnətə çevirəcək övladlarımız xoşbəxt yaşasın! Məhz bu məqamın xüsusi həssaslıqla canlandırıldığı klipin araya-ərsəyə gəlməsinə təşkilati dəstək vermiş “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Xalq ArtistiTünzalə Ağayevaya, klipin ssenari müəllifi Günel Anarqızına və rejissoru Ülviyyə Könülə, bir sözlə bütün yaradıcı heyətə layihəni yüksək peşəkarlıq, incə zövq və ustalıqla həyata keçirdiyinə görə təşəkkür edir, onları Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərimiz münasibəti ilə ən səmimi hissləri ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır. Biz birlikdə güclüyük, hədəfimiz, amalımız hər fürsətdə Millətimizə və Dövlətimizə xidmət etməkdir!
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

























.jpg)


