Art
“Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edildi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib.
Publika.az xəbər verir ki, filmdə Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır. “Xocalı nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.
“Xocalı nişanəsi” kimi tanınan 5 yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir.
Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!
“Xocalı nişanəsi” adlı qısametrajlı film ilə “Xocalıya ədalət” kampaniyasının saytından (https://justiceforkhojaly.org), o cümlədən aşağıdakı sosial şəbəkə hesablarından tanış ola bilərsiniz:
Facebook EN: https://www.facebook.com/JFKCampaign
Facebook AZ: https://www.facebook.com/Xocalıya-Ədalət-Kampaniyası-439331242905121/
Instagram: https://www.instagram.com/justice.for.khojaly/
Twitter: https://twitter.com/khojaly_justice
Telegram: https://t.me/JusticeForKhojaly
Youtube: https://bit.ly/2NpEkzK
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.png)
























.jpg)

.jpg)
