Art
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
2021-ci ildən nazirliyin nəşr planının tərtibini və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilini müstəqil şəkildə fəaliyyət göstərəcək “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirəcək. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildiriblər. Komissiyanın yaradılmasında məqsəd nazirliyin nəşr planının tərtibində və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etməkdir.
Hər ilin yanvar ayında Komissiyanın yeni tərkibi təsdiq olunacaq və həmin il üzrə nazirliyin nəşr planının tərtibi və “Nəşrlərin satınalınması müsabəqəsi”nin təşkili başa çatdıqdan sonra Komissiyanın tərkibi buraxılacaq.
Hər ilin sonunda Komissiyanın tərkibi açıqlanacaq və komissiyanın qərarı ilə nəşr planına daxil edilən əsərlərin adları, kitabxana fondlarının təchizatı məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” çərçivəsində alınacaq nəşrlərin siyahısı ictimaiyyətə təqdim ediləcək.
Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nəşr planın tərtibi və “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatana qədər Komissiyanın tərkibi konfidensial saxlanılacaq.
Cari ilin may ayında “Nəşrlərin satınalınması müsabiqəsi” elan olunacaq.
Qeyd edək ki, builki müsabiqəyə son 2 ildə çap olunan nəşrlər təqdim oluna bilər.
Nəşr planının tərtibi və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaq mümkündür:
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


