Art
“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlandı - VİDEO
Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.
Publika.az xəbər verir ki, “Göyçə - itirilmiş Vətən” adlanan film “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.
Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.
Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı





































