Art
Alampanın Yakut poeziyasına gətirdiyi lirik ruh... - Aida Eyvazlı yazır
Anempodist İvanoviç Sofronov (Alampa - ləqəbi); 2 (14) noyabr 1886-cı ildə Rusiya İmperiyasının tərkinində Saxa (Yakut) dairəsinin, Yakutiya vilayətinin Boturuss Ulusunun , 1-ci Joxsoqon aymakında doğulub, 24 oktyabr 1935-ci ildə vəfat edib. Yakut sovet ədəbiyyatının əsasını qoyanlardan birincisidir və ictimai xadim, şair, nasir və dramaturqdur. Saxa-Yakut Respublikasında bu il Alampanın 135 illik yubileyi keçirilir. Şairin bu günümüzə qədər 150-dən çox şeri gəlib çıxıb. Tənqidçilər Alampanın Yakut poeziyasına xüsusi lirik ruh gətirdiyini və cığır açdığını deyirlər. Onun ayrı-ayrı mahnıları bu gün də xalq arasında məşhurdur, öz dəyərini saxlamaqdadırlar. “Saxa ırıata” (Saxa mahnısı) Yakutiyada Vətəndaş müharibəsi illərində xalq arasında himn kimi oxunub. Sonralar elə bu mahnının özü də ona ittiham kimi elan olunub.
Ədəbiyyat və incəsənət xadimlərinə böyük dəyər verən saxa türkləri Alampanın qələmindən çıxan şerləri dünyanın 33 dilinə çeviriblər.Böyük türk oğlunun “Sevgi nəğməsi” şerini isə Saxa-Yakutiya Respublikasının xalq şairi Natalya xarlampyeva Aida Eyvazlı Göytürkə həvalə edib.
Anempodist Sofronov - Alampa
Sevgi nəğməsi
Necə izhar edim eşqimi sənə,
İzin ver bir həzin nəğmə oxuyum.
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
Gözlərinə qonub bir röya kimi
Yuxuna şirinlik gətirəcəyəm.
Qarışıq , dolaşıq fikirlərini,
Silib ürəyindən, itirəcəyəm.
Yox! Yox!
Gözəl duyğuların qorxmasın ancaq,
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
O elə nəğmədir,
Qəm gətirməyir.
O elə nəğmədir nəqarəti xoş
Sevinc bəxş eləyir...
Mən səni qəfildən
Qışqırıq ilə yuxudan oyatmayacam!
Yox! Yox!
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
Könlünə dolacaq həzin avazım...
Təki icazə ver , təki oxuyum!
Bilirsən nələr var o nəğmələrdə:
Sənin o yuxulu, gözəl üzünü,
İpək saçlarını, hörüklərini,
Qara qaşlarının altından baxan,
Qara gözlərini, od baxışını,
Bahar çiçəyi tək təravət saçan
Üzünə yaraşan al yanağını,
Badam ləblərini,
Təbəssümlə dolu dodağın altdan
Mirvariyə bənzər ağ dişlərini,
İzn ver nəğməmlə vəsf eləyim mən.
İzn ver bir həzin nəğmə oxuyum,
Sən nəfəs alanda nəfəsin olum,
O incə, o mərmər sinənə dolum.
Görüm necə vurur sinəndə ürək?
Mənim səsim şirin, avazım ürkək.
Asta oxuyacam sevgi nəğməsin.
Ancaq sən izn ver, bu mənim bəsim.
Nəğməmi dinləsən biləcəksən ki,
Al Günəş altında, bu Yer üzündə
Hər şeydən müqəddəs, hər şeydən əziz,
Tək səni sevmişəm, səni bilmişəm.
Bütün qanım ilə, coşqun qəlbimlə,
Mən səni sevmişəm...
Sənin yolunda
İstəsən odlara atım özümü,
Yanıb külə dönüm, külüm qalmasın.
Qoy sənə yetişən ünüm qalmasın.
Külümü küləklər sovursun göyə.
Qarışım dənizin dalğalarına.
Batsın ürəyimə nizələr, oxlar.
Bir kor güllə gəlib batsın köksümə,
Əgər bircə dəfə könlünə dəysəm.
Sonuncu nəfəsim çıxan günədək,
Nə qədər çırpınır sinəmdə ürək,
Mən sənə qəm-kədər vermərəm, inan!
Əl götür bu soyuq inaddan aman,
Niyə istəmirsən nəğmə oxuyum?
Könlümü yandıran eşq atəşimlə,
Səninçün sevgidən nəğmə oxuyum.
Mən özüm haqqında asta-astaca
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
Natalya Xarlampyevanın rusca çevrisini Azərbaycan dilinə tərcümə etdi:
Aida Eyvazlı Göytürk
20.05.2021. Bakı
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”







































