Art
Gənc yazarın Rəsulzadə haqqında kitabının təqdimatı keçirildi
"Azərkitab” kitab mağazasında gənc yazar Ağarza Elçinoğlunun "Rəsulzadə və 4-cü hakimiyyət" adlı kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, təqdimatda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının müəllifi, Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu və bir sıra media nümayəndələri iştirak ediblər. Onlar gənc yazarın kitabı ilə tanış olub, ona fəaliyyətində uğurlar arzulayıblar. Kitabda AXC qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan mətbuatına bəxş etdiyi töhfələrdən bəhs edilib.
Burada onun "Mətbuat Azadlığı" məqaləsi Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də təqdim olunub.
Yazar A.Elçinoğlu bildirib ki, bu, Rəsulzadə haqqında görəcəkləri işlərin ilkidir:
"Biz gənc nəsil olaraq bizdən əvvəlkilərin, dövlətimiz də 103 il bundan öncə böyük demokrat Məhəmməd Əmin Rəsulzadənin yaratdığı dövlətin davamçısıdır. Sevindirici haldır ki, biz Rəsulzadə haqqında müstəqil formada kitab ərsəyə gətirir, onun yaradıcılığı haqqında öyrənə bilirik. Bütün bunlar yeni, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ölkədə senzuranı ləğv etməsindən və cənab prezident İlham Əliyevin Rəsulzadəyə olan diqqət və ehtiramından irəli gəlir. Düşünürəm ki, bu bizim M.Ə.Rəsulzadə haqqında yazıb ərsəyə gətirəcəyimiz kitabların hələ birincisidir".
Qeyd edək ki, Ağarza Elçin oğlu Həsənquliyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ingilis bölməsi üzrə 4-cü kurs tələbəsidir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

























.jpg)


