Art
Özbək şair Vətən Müharibəsinə kitab həsr etdi
Özbəkistanda tanınmış şair Xasiyyət Rüstəmin Azərbaycanın Vətən müharibəsindən bəhs edən “44 gün” kitabı özbək və Azərbaycan dillərində çap olunub.
Bu barədə Publika.az-a özbəkistanlı müəllif Xasiyyət Rüstəm məlumat verib.
O bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabın ədəbi məsləhətçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyardır.
Kitabın tərcüməçiləri Rəhmət Babacan, İntiqam Yaşar və Elşan Əzimdir.
Topluda Azərbaycana həsr olunan “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi çap olunub.
Topluda həmçinin Xasiyyət Rüstəm haqqında Qənirə Paşayevanın, professor Ramiz Əskərin, şair Əkbər Qoşalının, şair Afaq Şıxlının, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və yazıçı Eluca Atalının fikirlərinə də yer ayrılıb.
Kitabın Bakıda da təqdimatı keçirilib. Millət vəkili Qənirə Paşayeva şair Xasiyat Rüstəmə "44 gün" kitabına görə təşəkkür məktubu ünvanlayıb.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.png)


























.jpg)

.jpg)