Art
Nazir danışdı: "Biz bunda qərarlıyıq"
Bakı Ekspo Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu gün başa çatsa da, gələcəkdə bu istiqamətdə daha da böyük işlər və tədbirlər həyata keçirilməyə davam edəcək.
Bu barədə Publika.az-a Mədəniyyət naziri Anar Kərimov danışıb.
- Cənab nazir, 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsini zəruri edən səbəblər nə idi?
- Artıq 2 ildir ki, pandemiya ilə bağlı olaraq Bakı Beynəlxalq Kitab Sərgisini keçirə bilmirdik. 14 illik tarixə malik sərgi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur. Odur ki, bu tədbir oxucular üçün kitab bayramına çevrildi. Cəmiyyətimiz belə tədbirlər üçün çox darıxmışdı. Kitab cəmiyyətin inkişafı üçün önəmli bir vasitədir. Pandemiya olmasına baxmayaraq, çox şadıq ki, belə bir tədbiri təşkil edə bildik. Təbii ki, bəzi məhdudiyyətləri saxlamaq şərti ilə.
Bu il "Nizami Gəncəvi İli" olduğu üçün qərara gəldik ki, 7-ci kitab sərgisini dahi şairimiz, mütəfəkkirimiz Nizami Gəncəviyə həsr edək. Bu, bir daha onu göstərdi ki, öz tariximizə və mütəfəkkirlərimizə qiymət veririk, onlara bağlıyıq.
İştirak baxımdan da maraqlıdır, VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib. 5 gün ərzində müxtəlif formatda 200-dən çox tədbir həyata keçirilib. Bu günlər ərzində ziyarətçilərimizin ardı-arası kəsilməyib, belə tədbirlər bizə lazımdır ki, mütaliə mədəniyyətinə diqqət artsın.
- Oxucuların marağını necə qiymətləndirirsiniz?
- Maraq gözlədiyimizdən də çox böyük oldu. Statistikanı öyrəndim, 3 günə 10 mindən çox insan sərgini ziyarət edib, yazıçılarla görüşmək imkanı əldə edib. Həqiqətən sevindirici haldır, cəmiyyətimizdə kitab oxumaq üçün bir çox müasir vasitələr var, lakin insanlar yenə də ənənəvi şəkildə kitab almağa və onu hiss etməyə maraq göstərirlər. Çox istərdik ki, mütaliə mədəniyyəti inkişaf etsin.
- Əvvəlki statistikalar göstərirdi ki, Azərbaycanda oxuculuq səviyyəsi aşağıdır. Tez-tez eşidirik ki, sovet dövründə kitaba maraq daha çox olub. Kitabların reklam siyasətinin bu cür təşkili onların satışına da təsir edəcəkmi?
- Əminəm ki, təsir edəcək. Biz bunda qərarlıyıq. Kitab cəmiyyətin tərəqqisində müstəsna rol oynayır. Cəmiyyətimizi kitab oxumağa səsləmək nazirlik üçün strateji prioritetdir. 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi də bu məqsədlərə xidmət edir. Arzu və istəyimiz odur ki, Azərbaycan mütaliə edən bir cəmiyyətə çevrilsin.
- Onun da şahidi oldum ki, sərgidə uşaqlarımız diqqətdən kənarda qalmayıb. Sərgi çərçivəsində uşaqlar üçün bir sıra tədbirlərin təşkil olunması təsadüfdür?
- Sərginin başqa bir özəlliyi də budur. Kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşdırılmalıdır. Gənc nəslə daha çox fokuslanmaq istədik, uşaqlar bizim gələcəyimizdir. Belə sərgidə gənclərin, xüsusilə uşaqların iştirak etməsi onların milli-mənəvi dəyərlərimizə söykənərək elmlərə, biliklərə yiyələnməsinə çox yaxından köməklik göstərəcək. Foyedə Nizaminin əsərləri əsasında göstərilən uşaq tamaşaları kitabın təbliğini daha da gücləndirməyə xidmət edir. Uşaqlarımız və gənclərimiz əcdadlarımızdan bizə miras qalan ədəbiyyatımızı yaxşı tanımalıdır ki, onlarla qürur duysunlar. Qürurlu cəmiyyət qura bilmək çox önəmlidir.
Aytən Məftun
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO