İran fransızları azad etdi: Görün Makron nə dedi
Bizi izləyin

Dünya

İran fransızları azad etdi: Görün Makron nə dedi

İranın "Evin" həbsxanasında məhbus olan üç Fransa vətəndaşını azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, üç il İranda saxlanılan Fransa vətəndaşları azadlığa buraxıldıqdan sonra Fransanın Tehrandakı səfirliyinə gediblər.

"Mən bu ilk addımı alqışlayıram. Onların Fransaya tezliklə qayıtmasını təmin etmək üçün dialoq davam edir. Biz buna nail olmaq üçün yorulmadan çalışırıq və səfərbərliyə görə səfirliyimizə və bütün dövlət qurumlarına təşəkkür etmək istəyirəm", - Fransa prezidenti əlavə edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm