Art
Meril Stripdən həyata dair dəyərli sitatlar
21 dəfə “Oskar” mükafatına namizəd göstərilən dünya şöhrətli aktrisa Meril Strip deyir ki, ona təbəssümlə cavab vermək istəməyənlərə gülümsəmir və səbrinə layiq olmadığını hesab etdiyi insanlara qarşı dözüm nümayiş etdirmir.
Publika.az oxucuları güclü aktrisa və ilhamverici xanımın sitatları ilə tanış edir. Bu fikirlərlə tanış olmağa dəyər, çünki onların hər biri sizə öz dəyərinizi anlamağa kömək edəcək və yol göstərəcək.
Bəzi şeylərə səbrim çatmır. Təkəbbürlü olduğum üçün deyil, sadəcə həyatımda artıq xoşagəlməz və ya ağrılı hadisələrə vaxt itirmək istəmədiyim bir mərhələyə çatmışam.
Mən daha həyasızlığa, həddən artıq tənqid və ya iddialı münasibətə dözmürəm.
Məni sevməyənləri sevindirmək istəyimi çoxdan itirmişəm.
Əgər onlar mənə təbəssümlə cavab vermək istəmirləsə, gülümsəmirəm.
Yalan danışan və ya məni manipulyasiya etməyə çalışan insanlara artıq bir dəqiqəmi belə ayırmıram.
Mən artıq nə seçilmiş erudisiyaya, nə də akademik təkəbbürə dözə bilirəm, həm də dedi-qoduların yayılmasının tərəfdarı deyiləm. Mən münaqişələrə və müqayisələrə nifrət edirəm.
Mən ziddiyyətlərin dünyasına inanıram, ona görə də sərt və dəyişməz psixikası olan insanlardan qaçıram.
Mən xoşbəxt deyiləm, sadəcə ictimaiyyət qarşısında həmişə xoşbəxt görünməyə çalışıram. Adətən çox deyingən oluram, ərimdən soruşa bilərsiniz.
İltifat deməyi və ya alqışlamağı bilməyən insanlarla ünsiyyət qurmuram.
Hər şeyi şişirtməyə meylli olanlar məni darıxdırır, bir də heyvanları sevməyən insanları qəbul etmək çox çətindir.
Ən önəmlisi, səbrimə layiq olmayanlara qarşı səbrli ola bilmirəm.
Yemək bişirmək hərdən xoşuma gəlir, hərdən yox. Bir də görürsən hazırladıqlarımın hamısını atıram zibil qabına və deyirəm: “Bu gün pizza yeyəcəyik”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...











.png)






















.jpg)
.jpg)

