Art
“İsgəndərə yeni namə” tamaşasının premyerası baş tutacaq - - FOTO
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” tamaşasının premyerası baş tutacaq.
Publika.az xəbər verir ki, layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır. Belə ki, yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İsgəndərə yeni namə” poemanın xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İsgəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür.
Poemadan fərqli olaraq, tamaşada Makedoniyalı İsgəndər dirilik suyunu tapıb içir. Tamaşanın əsas hadisələr xətti İsgəndərin əbədi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.
Tamaşa seyrçiləri belə bir sual qarşısında qoyur: Görəsən Nizaminin İsgəndəri ölüm ayağında, həqiqətən, dirilik suyunu içib əbədi həyat əldə etsəydi, sonrakı aqibəti necə olardı? Həqiqətənmi, hər şey məhz Nizaminin təsvir elədiyi kimi faciəvi olacaqdı? Yoxsa, İsgəndər öz düşündüyü kimi dünyada ali ədaləti bərqərar edə biləcəkdi?
Vahid dövlət ideyasının, Yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, insan ədəbi həyatın yükünü çəkə bilməz, çünki insan Tanrı deyil.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsasın müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İsgəndərus), aktyorlar Ziya Ağa (İsgəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon), və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış edirlər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


