Art
Jurnalistlərlə görüş keçirildi
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib.
Publika.az xəbər verir ki, birliyin idarə heyətinin sədri Şəmil Sadiq media nümayəndələrini Mətbuat Günü münasibətilə təbrik edib. Daha sonra birliyin ikiillik fəaliyyəti haqqında məlumat verib, ANAİB-in fəaliyyətinin işıqlandırılmasında medianın dəstəyini vurğulayıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ANAİB-in fəaliyyətini yüksək qiymətləndirdiklərini və ölkədəki lokal sərgilərin keçirilməsinin birliyə həvalə olunmasını arzuladıqlarını vurğulayıb.
Mədəniyyət Nazirliyinin elan etdiyi satınalma müsabiqəsinin nəticələrinə əsasən, nəşriyyatlardan beş yüz min manatlıq kitabın satın alındığını qeyd edən Akif Marifli gələcəkdə bu rəqəmin daha da artacağını diqqətə çatdırıb.
ANAİB-in sədr müavini Nurman Tariq çıxışı zamanı ölkədə ən çox oxunulan kitabların kateqoriyalaşdırılması və statistikasının aparılması məqsədilə oxucular arasında keçirilən onlayn sorğunun statistikasını təqdim edib. İdxal olunan kitabların daha çox rəğbət görməsinin səbəblərini izah edən Nurman Tariq yerli nəşriyyat sektoruna qayğının artırılmasının zəruriliyini bildirib.
Daha sonra birliyin koordinatoru Fizzə Məmmədova ikiillik fəaliyyəti əhatə edən slaydı təqdim edib, ANAİB-in bu günə qədər həyata keçirdiyi layihələrdən söz açıb.
“Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, Əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, şair, ədəbiyyatşünas Qismət Rüstəmov, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal öz çıxışlarında nəşriyyat və media sahələrinin bir-biri ilə əlaqəli olmasından, eləcə də atılmalı addımlardan, müsbət və mənfi tendensiyalardan bəhs ediblər.
Görüş müzakirə formatında davam edib.
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır







































