Art
Şəhid polkovnik-leytenantın xatirəsinə klip çəkildi - VİDEO
Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə ithaf olunmuş "Yuxunda görmüsən" adlı mahnıya çəkilən eyniadlı klipin təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, mahnını Xalq artisti Samir Cəfərov ifa edib.
Mahnının musiqisi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya, sözləri isə Xalq şairi Vahid Əzizə məxsusdur.
Rejissorluğu Orxan Aliyə aid olan klipdə şəhid polkovnik-leytenant Soltan Məmmədov və onun xanımının obrazlarını Əməkdar artist Elnur Hüseynov və gənc müğənni Minayə Hüseynova canlandırıblar.
Klipin təqdimatı 21 iyul tarixində şəhid polkovnik-leytenantın şəhadətə qovuşduğu Tərtər rayonunun Suqovuşan qəsəbəsində “Təki Vətən Yaşasın” adlı tədbirdə keçirilib.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”ndə xüsusi qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən ərsəyə gəlib.
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?


































.jpg)



