Art
Sinyavskayaya "Şərəf ordeni" təqdim edildi
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov avqustun 26-da böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya "Şərəf" ordenini təqdim edib.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.
Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı









.jpg)








.jpg)
















