Art
Nizami Gəncəvinin məqbərəsi qəzalı vəziyyətdədir - FOTO-VİDEO
Dahi şair Nizami Gəncəvinin qəbirüstü məqbərəsi getdikcə qəzalı vəziyyətə düşür. Artıq şairin dəfn olunduğu məqbərəinin yaxın ətrafında dərin çatlar əmələ gəlib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, abidə kompleksində bu çatları görmək mümkündür. Nizami Gəncəvinin məqbərəsi 1940-cı illərin sonlarında hazırlanıb. Təxminən 1990-ci illərdə Fərman Quliyev tərəfindən məqbərədə əsaslı təmir işləri görülüb. Onu da bildirək ki, restavrsiya işləri tək şeyx Nizaminin məzarı və məqbərəsi ətrafında deyil həm də əsərlərindən ibarət hazırlanan heykəllərdə aparılıb. Sonrakı illərdə isə məqbərə ancaq cari təmir edilib. Məqbərə kompleksində çatların əmələ gəlməsi faktlarını Gəncə Dövlət Mədəniyyət Qoruğu da təsdiq edir.
Qurumun direktor müavini Vüsal Alıyev deyir ki, məqbərədə divarların çatlaması və silkələnmə hallarının olması faktları var. Buna səbəb yaxınlıqdan keçən magistral avtomobil yolundan hərəkət edən yük maşınlarının surət həddini aşmalarıdır. Məlumat üçün bildirək ki, dahi şairin məqbərəsinin üzərində zamanında xüsusi körpü inşa olunub. Hansı ki, bu körpünün alt hissəsindən Bakı-Qazax magistral avtomoil yolu keçir. Şeyx Nizaminin məqbərəsinin ümumi ərazisi 10-ha dan artıqdır. Burada şairin məzarı yerləşir. Həmçinin Nizaminin xəmsəsini xatırladan heykəllər var.
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı









.jpg)








.jpg)
















