Art
Maqomayev Berlində anıldı
Azərbaycan Bəstəkarlar İttifaqı Berlində, “Arsenal” kinoteatrında əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirib.
Publika.az xəbər verir ki, tamaşaçılar öz kumirlərinin mahnılarını xüsusi nostalji hisslərlə dinləyiblər. Müslüm Maqomayevin səsi ovsunlayır, uzaq gəncliyə aparırdı. Bu tədbirdə iştirak etmək vaxtilə Bakıda, hazırda Almaniyada yaşayan insanlar üçün xüsusilə xoş idi. Onların əksəriyyəti Müslüm Maqomayevi yaxşı xatırlayır, hətta bəziləri onunla şəxsən tanış idilər. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin əməkdaşları da tədbirdə iştirak ediblər.
Yubiley gecəsinin aparıcısı - Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Müslüm Maqomayevin çoxşaxəli istedadından söhbət açıb, onun təkcə möhtəşəm estrada müğənnisi deyil, həm də klassik operalardan ariyaların gözəl ifaçısı olduğunu xatırladıb.
Hər kəsə xoş əhval-ruhiyyə bəxş edən tədbirdə Müslüm Maqomayevin ifasında “Azərbaycan”, “Sənsiz”, “Mavi əbədiyyət” və s. mahnılar səsləndirilib.
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı









.jpg)








.jpg)
















