Art
Nurgül Yeşilçayı festivalda kim ağladıb? - Ayaz Salayev hər şeyi DANIŞDI
Əməkdar incəsənət xadimi Ayaz Salayev “İpək yolunun dürdanəsi” adlı Daşkənd Beynəlxalq Film Festivalından qayıdıb.
Festivalda beynəlxalq münsiflər heyətində təmsil olunan rejissor Teleqraf.com-un suallarını cavablandırıb.
- Ayaz müəllim, tarixi ənənələrə söykənən Daşkənd Film Festivalından hansı təəssüratlarla ayrıldınız?
- Festivaldan Bakıya çox xoş təəssüratlarla qayıtdım. “Özbəkfilm” kinostudiyasının təmirindən sonra baş tutmuş festivalın möhtəşəmliyi, peşəkar insanlarla söhbətlərimiz, eyni zamanda filmlər qədər maraqlı və yaddaqalan oldu.
Münsiflər heyətində çox nüfuzlu insanlar təmsil olunurdular, sədri isə görkəmli Polşa rejissoru, əfsanəvi Kşiştof Zanussiydi.
Çox maraqlıdır ki, münsiflər heyətinin bütün üzvləri birmənalı şəkildə özbək filmini birinci yerə layiq gördü. Festivalın rəhbərliyi buna bir az etiraz etdi. Bildirdi ki, artıq ikinci ildir bu nominasiyada özbək filmi qalib olur və bu düzgün anlaşılmaz. Fikirlər səsləndi ki, bəlkə yer verilməsin, seçilən üç filmin adı çəkilsin, biz - münsiflər heyətinin üzvləri buna etiraz etdik və bildirdik ki, lazım gələrsə səhnədən də elan edərik ki, qərar jürilərin obyektiv fikridir. Həqiqətən özbək filmi ən yaxşı film idi.
- Müsabiqənin formatı necə idi? Bildiyim qədər Azərbaycan filmi də müsabiqədə yarışırdı.
- Bu festivalda tammetrajlı filmlərin müsabiqəsi yox idi. Göstərilən tammetrajlı filmlər də müsabiqədən kənar nümayiş olunurdu.
Münsifi olduğum müsabiqənin formatına görə iştirakçı ölkələrdən gələn gənc rejissorlara öz filmlərini çəkmələri üçün cəmi 5 gün vaxt verilmişdi. Ona görə müsabiqə “Kino 5 gündə” adlanırdı. Çəkilən filmlər də qısametrajlıydı.
Bəli, azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” filmi də müsabiqədə iştirak edirdi.
- Festival çərçivəsində Azərbaycanla yanaşı bir neçə ölkələrin də film günləri təşkil olunmuşdu. Sizin rejissoru olduğunuz “Torpaq” filmi necə qarşılandı?
- Bəli, bir sıra ölkələr orada filmlərini nümayiş etdirdilər. Amma eşitdiyimə görə Türkiyə ilə bağlı böyük qalmaqal yaşandı.
İki kino ulduzu festival çərçivəsində orada idi. Təəssüf ki, adlarını bilmirəm.
(Ayaz Salayev, Kşiştof Zanussi, Daşkənd Beynəlxalq Film Festivalı)
"Özbəklərlə birgə əməkdaşlıq üçün yaxşı başlanğıc..."
- Güman ki, Nurgül Yeşilçay, Burak Özçiviti nəzərdə tutursunuz.
- Onlar səhnəyə Türkiyə heyətiylə bərabər təşrif buyurmalıydılar, amma bildiriblər ki, məşhur ulduz olduğumuza görə ayrı-ayrılıqda səhnəyə çıxacağıq. Sonra ayrı çıxdılar və onda da Türkiyə heyəti zalı tərk etdi. Nurgül Yeşilçay da ağladı. Belə münasibətdən dolayı festivalın rəhbərliyi çox narazı qalmışdı.
Azərbaycan heyəti isə maraqlı tərkiblə festivalda təmsil olunurdu. Vaqif Mustafayevin “Molla Nəsrəddin” filmi ətrafında geniş müzakirə aparıldı. Qərara gəlindi ki, film Özbəkistanla Azərbaycanın müştərək istehsalı olsun. Çox maraqlı ssenaridir. O vaxt kinostudiyanın baş redaktoru olanda ssenarini oxumuşdum və bu mövzuya müraciət etdiyinə görə Vaqifə hörmətim daha da artmışdı.
Hətta Vaqif istəyir ki, mən onun filmində redaktor olum. Etiraz etmirəm, razılığımı da ona bildirdim. Çünki mən həm rejissoram, həm kinoşünasam.
Bundan başqa Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rejissoru olduğum “Torpaq” və İlqar Nəcəfin “Suğra və oğulları” filmləri nümayiş olundu. Hər iki film yaxşı qarşılandı. Düşünürəm ki, özbəklərlə birgə əməkdaşlıq davamlı olmalıdır. “Molla Nəsrəddin” mövzusu yaxşı başlanğıcdır. Əsas vəsaiti onlar verəcək. Biz də onlara nəsə verə bilərik. Özbəkistanda hər şey təmtəraqlıdır, kinoya çox vəsait ayrılır, amma onların tərifləyərək bizə nümayiş etdirdikləri filmə baxdım və məyus oldum.
Bizim kinoda sərbəstlik, azadlıq, özünəməxsus yanaşma onlardan daha çoxdur. O baxımdan biz də onlara nəsə göstərə bilərik. Birgə əməkdaşlıq çox vacibdir. Həm Səmərqənddə, həm də Şirvanşahlar sarayında tarixi abidələri görəndə başa düşürsən ki, Səmərqənd İslam dünyasının bir qismidir, Şirvanşahlar da o biri qismi. Həm oxşarlıqdan, həm də fərqdən ləzzət alırsan. Biz bir- birimizə kömək etsək milli mədəniyyətimizi yarada bilərik. Çünki özbəklər digər millətlərdən bizə ən yaxın olanıdır.
- Bu il festivala tanınmış yapon rejissor Takeşi Kitano da gəlmişdi. Görüşüb, söhbətləşmək şansınız oldumu?
- Yox. Mən Takeşini ulduzların arxasınca qaçan adam adlandırıram. Rəhmətlik Fellini olsaydı, qarşısında diz çöküb əlindən öpərdim. Eynilə Akira Kurasava. Mənim üçün kiminsə dalınca qaçmaq o adamın ulduz olmağı anlamına gəlmir.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...