Art
Direktoru işdən çıxarılan qalmaqallı teatrın baş rejissoru: "Bundan sonra..."
“Anar Quliyevlə bağlı nazirimizin məlum qərarını mən də sizin kimi internetdən oxudum. Direktor bu gün bizi topladı, sağollaşdı, axşama kimi vəzifəsini icra edəcək, sabahdan artıq teatra gəlməyəcək. Verilən qərarın nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm. Amma bildiyim odur ki, Anar müəllimin müqaviləsinin vaxtı da bitmişdi. Sadəcə nazirlik müqaviləni uzatmayıb”.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Mingəçevir Teatrının baş rejissoru Vüsal Mehrəliyev deyib.
"Qərarın son hadisələrlə əlaqədar olmadığını düşünürsünüz?" sualına baş rejissor belə cavab verib:
“Deyilənlərə görə, yoxlamadan sonra belə qarara gəlinib. Eyni zamanda müqavilənin vaxtı bitib və növbəti dəfə üçün uzadılmayıb. Nə qədər olmasa da, bu söz-söhbətlər yaradıcı ab-havaya mənfi təsir göstərir. Amma mən çalışıram ki, yaradıcı proses ləngiməsin, teatr öz işinə davam etsin. Mövsüm başlayandan iki premyeramız olub. İki tamaşa üzərində çalışırıq. İlin sonunda isə Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinə quruluş verəcəyik".
Rejissor teatrda “ölü canlar” – adı aktyor ştatında olub özləri rekvizit, kostyum, dekorasiya sexində işləyənlərlə bağlı məsələsinin də həll olunduğunu bildirib:
“Teatrda 12-13 nəfər yerində olmayan adam vardı. Artıq o məsələ həll olunub. Hər şey zamanla yerini alacaq. Nazirliyin bu qərarından sonra hər şey düzələcək”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28 oktyabr 2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyevin əmək müqaviləsinə xitam verilib.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








.jpg)
.jpg)

.jpg)




























