Art
Real TV Taliban haqqında film hazırladı - Video
REAL televiziyası bir ildir ki Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban haqqında film hazırlayıb.
Bu barədə Publika.az-a televiziyadan məlumat verilib.
Məlumata görə, 40 ildən çoxdur ki qeyri sabit siyasi şəraitində olan Əfqanıstan haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.
Real TV-nin çəkiliş heyəti Əfqanısyanın müxtəlif ərazilərində olub, əfqan xalqının son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. Gün ərzində bu ölkədə 200-250 nəfər terrorun qurbanı olur. Real komandasının səfərə yollandırqları gün də ölkədə terror baş verib. Çəkiliş qrupunun 10 metr yaxınlığında bina partladılıb. Filmdə həmin hadisə də yer alıb.
Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu Taliban liderlərindən müsahibə almaq fürsəti də əldə edib. Müəllifin konkret suallarını 1 ildir ki hakimiyyətdə olan və Əfqanıstana nəzarət edən Taliban qruplaşmasının liderləri Zabiullah Mujahid və Abdul Basir Sabiri cavablandırıb.
Filmin adı “Dar-ul-hərb” yəni “müharibə evi”dir. Adın seçilməsinin də öz mənası var. Belə ki, İslam tarixində “Dar-ul-hərb”, ideyasını coğrafi prizmadan və sadə dillə izah etsək, bu o deməkdir ki, müsəlmanların yaşadıqları ərazilər ilə qeyri-müsəlmanların yaşadığı ərazi arasında sərhədlər bəlli olur . “Dar-ul-hərb” tarixi müsəlman-qeyri-müsəlman qarşıdurmasından daha çox, islamın özünün içində təfriqələrin artması və xarici qüvvələrə qarşı zəifləməsi ideyasına çevrilib. Filmin yekununda əslində Əfqanıstanda, yəni “Müharibə evin”-də yaşananların tam izahı verilir.
Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru isə Arif Zeynalovdur. Film 17 noyabr saat 20.00 –da Real TV-də yayımlanacaq.
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO




































