Art
Azərbaycanda nadir alətin təmirinə pul tapılmır - Nazirlik deyir ki...
“Alətlərin şahı” adlanan orqan hər ölkədə məhdud saydadır. Azərbaycanda bu alətdən cəmisi 5-6 ədəd var. Onlardan da 2-si Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındadır. Amma bu nəhəng alətin nəhəng də dərdi var. Orqan, təxminən hər 10 ildən bir təmir olunmalı, köklənməlidir. Təmiri, köklənməsi də xeyli vəsait tələb edir. Hazırda Akademiyadakı bu alətlərin təmirə ehtiyacı var, amma pul tapılmır. Bu barədə məlumatı Publika.az-a verdiyi müsahibədə Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova verib. Tahirə xanım bildirib ki, 10 il əvvəl də ələtlərin təmirə ehtiyacı olanda Azərbaycanda vəsait tapılmayıb, məcbur qalıb xarici səfirliklərə müraciət ediblər:
“İllər öncə hər iki orqanı kökləmək lazım idi. Hətta elə bir məqama gəlib çıxmışdı ki, atıq ifa etmək mümkün deyildi. Ona görə xaricdən ustalar dəvət olunmalı idi. Həm də böyük maliyyə tələb olunurdu. Lakin əlimizdə bu qədər maliyyə olmadığından, dəvət edə bilmirdik. Səfirliklərdən kömək göstərmələrini istədim. Uşaqlar da alətsiz qalmasın deyə, iki elektron orqan aldım ki, tədris edə bilim. Az qala hər gün səfirlikləri gəzirdim ki, köməklik edilsin. İki il sonra Amerika səfirliyindən cavab gəldi ki, biz maliyyələşdirərik”.
Amerika səfirliyi lazım olan 30 min dolları Almaniya şirkətinin hesabına köçürdükdən sonra oradan göndərilən ustalar alətləri təmir ediblər.
Tahirə xanım deyir ki, alətlərin yenə də təmirə ehtiyacı var, amma indi səfirlikləri gəzməyə taqəti qalmayıb. Mədəniyyət Nazirliyinə müraciət ediblər, oradan da cavab veriblər ki, vəsaitimiz yoxdur:
“Bu haqda Mədəniyyət Nazirliyinə məktublar yazmışdıq. Cavab gəldi ki, o qədər maliyyə ayıra bilmirlər. Təəssüf ki, artıq mən yaşlaşmışam və bütün səfirlikləri gəzib bu haqda məlumat verə bilmirəm”.
Samirə
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək







.jpg)






























