Avropa
“On trilyon dollarla....” – Avropanın Rusiya qarşısında acizliyinin ŞOK SƏBƏBLƏRİ
“Rusiya prezidenti Vladimir Putinin Donbasdan qoşunlarını çıxarması üçün Ukraynanın qərb partnyorları Moskvaya qarşı sanksiyaları gücləndirməli və müxtəlif beynəlxalq strukturlarda iştirakını məhdudlaşdırmalıdır”.
Publika.az xəbər verir ki, bunu “Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert, general-leytenant Vasiliy Boqdan deyib.
“Ukraynanın Şərqinə gəlincə, orada Ukraynanın Silahlı Qüvvələrinin müdafiə gücünün artırılması tələb olunur. Bəli, Ukraynaya silahı satmağa başladılar, amma bu, kifayət etmir. Ciddi koalisiya qərarı lazımdır ki, Putinə sonrakı hərəkətlərin Rusiya üçün faciəyə gətirəcəyini göstərsin”, - o qeyd edib.
Avropanın Putinə təzyiq göstərməməsinin səbbələrinə gəlincə, generalın sözlərinə görə, müəyyən mənbələrdə Rusiyanın 1992-ci ildə ofşor zonalara 10 trilyon dollar çıxardığı barədə informasiyalar var. Onun sözlərinə görə, bu vəsaitlərdən müxtəlif təşkilatların maliyyələşdirilməsi, həmçinin güclü lobbinin yaradılması üçün istifadə olunur.
O əlavə edib ki, Rusiyanın Almaniya və Fransa ilə ənənəvi əlaqələr var.
“Rusiyanın hətta hazırda ayrı-ayrı siyasi güclər, məsələn, “Almaniya üçün Alternativ” Partiyası ilə əlaqələri var. Partiya Rusiya tərəfindən maliyyələşdirilir və Kreml üçün əlverişli siyasəti həyata keçirməyə çalışırlar. Fransa haqqında danışsaq, onun da Rusiya ilə ənənəvi əlaqələr mövcuddur. Birinci yerdə bu ölkələrin milli maraqları dayanır. Bundan başqa, böyük biznes və korporasiya maraqları var. Sanksiyalar onlara zərər verir. Ukrayna onlar üçün şəxsi maraqlardan sonra ikinci yerdədir”, - general vurğulayıb.
Ömər Dağlı
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı


































