Avropa
Ukraynadan sonra bu regionlar... - Kəşfiyyat generalı Rusiyanın HƏDƏFLƏRİNİ AÇIQLADI
Rusiyalılar tərəfindən tutulmuş Ukrayna gəmilərinin azad olunmasının yalnız bir variantı var. Ukraynanın bütün qərb partnyorları Rusiyaya qarşı sərt sanksiyaları tətbiq etməlidir. Yalnız bu, təcavüzkarı güzəştə getməyə məcbur edəcək.
Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bu haqda təhlükəsizliklər məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan Azov dənizindəki “dəniz döyüşü”nü şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər Avropa İttifaqı, NATO və ABŞ-ın vahid mövqeyi olarsa, onda Azov dənizində eskalasiyalar olmayacaq.
Rusiya tərəfindən həbs olunan katerlərin qaytarılmayacağı ehtimalına toxunan general hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməlidir:
“Çünki, bu yalnız Ukraynaya aid məsələ deyil. Mən ABŞ Dövlət Departamentinin bəyanatını xatırlatmaq istəyərdim, orada deyilir ki, Ukrayna Avropanın gələcəyi üçün geosiyasi mübarizənin mərkəzidir. Əgər belə sözlər deyilirsə, onda onların arxasında müvafiq hərəkətlər olmalıdır. Axı, Ukraynadan sonra hədəf Baltikyanı ölkələri, Mərkəzi Avropa və digər yerlər ola bilər. Bu, strategiyanı, xüsusilə Rusiya tarixini az-çox anlayan hər kəs yaxşı məlumdur”
General indiki halda, Azov dənizində hərbi münaqişənin kəskinləşməsini gözləmir:
“Bu, hərbi münaqişə deyil, təxribatdır. Axı, Ukrayna tərəfindən heç bir döyüş hərəkəti olmayıb, silah tətbiq edilməyib, Ukrayna gəmiləri beynəlxalq hüquqa əsasən, Azov dənizinə hərəkət edirdi. Həqiqət bizim tərəfimizdədir. Və bizim tərəfimizdə beynəlxalq dəstək olmalıdır. İndi münaqişənin kəskinləşməsi üçün əsaslar yoxdur. Bu yalnız o halda mümkündür, partnyor ölkələr öz hərbi dəniz və hərbi hava güclərini cəlb edəcəklər. Amma bunun üçün müfaviq razılaşmalar lazımdır, hələ ki, nə Avropa İttifaqı, nə ABŞ buna qərar verməyəcək. Ancaq siyasi, diplomatik və sanksiya addımları atılacaq, bunlar görünür, kifayət qədər sərt olacaq”.
Ömər Dağlı
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı


































