Avropa
Parlamentdən hökumətə gözlənilməz zərbə gəldi
İngiltərə parlamenti hökumətin Avropa İttifaqından (Aİ) təktərəfli qərar əsasında ayrılmasının (Breksit) qarşısını almaq üçün qanun layihəsi qəbul edib.
Publika.az xəbər verir ki, müxalifət partiyası tərəfindən səsverməyə çıxarılan “Breksit”ə qarşı qanun layihəsinin əleyhinə 296 parlamentari, 303-ü isə lehinə səs verib.
Dəyişikliyə görə, İngiltərə hökuməti “Breksit” ssenarisinə hazırlıq üçün ayıracağı büdcəni parlamentin təsdiqi olmadan istifadə edə bilməyəcək. Büdcə isə 2 milyard funt-sterlinq civarındadır.
Qeyd edək ki, İngiltərənin baş naziri Tereza Mey gələn həftə “Breksit” layihəsini parlamentdə səsverməyə qoyacaq. Səsvermə 15 yanvar tarixində baş tutacaq. “Breksit”in yetərli qədər dəstəklənmədiyini görən baş nazir ötən ay nəzərdə tutulan səsverməni son anda təxirə salmışdı.
Tereza Mey razılaşmanın rədd edilməsi təqdirində ölkənin Avropa İttifaqından razılaşdırılmamış formada çıxacağını bildirib.
Xatırladaq ki, İngiltərə 2016-cı ildə Avropa İttifaqından ayrılmaq üçün “Breksit” layihəsini səsvermə əsasında qəbul edib.
Normal prosesin gedəcəyi təqdirdə İngiltərə bu ilin 29 martında Avropa İttifaqından ayrılmalıdır.
Zümrüd
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı






















.jpg)















