Avropa
Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq
Avropa Komissiyası fövqəladə hallar zamanı Aİ ölkələrinin xilasedici və digər xidmətləri arasında rabitəni təmin edəcək vahid, inteqrasiya olunmuş sistem yaradılmasını təklif edib.
Publika.az xəbər verir ki, Avropa Kritik Hallarda Rabitə Sistemi (EUCCS) adlandırılan yeni platforma adi mobil rabitənin sıradan çıxdığı vəziyyətlərdə də fasiləsiz əlaqə yaratmalıdır.
Sistem pilotsuz uçuş aparatlarının kritik infrastruktura zərbələri, terror hücumları, meşə yanğınları, daşqınlar və qasırğalar kimi fövqəladə vəziyyətlər zamanı istifadə üçün nəzərdə tutulub.
EUCCS səs, mətn və video rabitəsini sürətli geolokasiya imkanları ilə birləşdirəcək. Normal şəraitdə 5G texnologiyasından, mobil siqnal əlçatmaz olduqda isə peyk rabitəsindən istifadə ediləcək. Hər iki halda məlumatların şifrələnməsi nəzərdə tutulur.
Sistem üçün bütün xidmətlərin istifadə edə biləcəyi vahid cihazın tətbiqi planlaşdırılır. Ona xilasedicilər, yanğınsöndürənlər, polis, miqrasiya və digər xüsusi xidmətlərin qoşulması gözlənilir.
Hazırda təklifin Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur. Təsdiqlənəcəyi təqdirdə sistemin 2030-cu ilə qədər Aİ-də tətbiqi planlaşdırılır.
Avropa Komissiyası layihənin ümumi dəyərini, istifadə olunacaq avadanlıqları və sistemin operatorunun hansı şirkət olacağını açıqlamayıb.
Aİ ölkələri daha əvvəl də fövqəladə hallar zamanı rabitə problemləri ilə üzləşib. 2025-ci ildə İspaniya və Portuqaliyadakı meşə yanğınları mobil rabitədə fasilələrə səbəb olub. 2021-ci ildə Almaniya və Belçikadakı daşqınlar da təcili xidmətlərin əlaqəsinə təsir göstərib.
Hazırda bəzi Aİ ölkələri xilasedicilər üçün öz rabitə sistemlərini inkişaf etdirir. Yeni təşəbbüsün əsas məqsədi bu sistemləri vahid platformada birləşdirməkdir. ABŞ-da "FirstNet", Böyük Britaniyada isə "ESN" kimi fövqəladə xidmətlər üçün xüsusi rabitə şəbəkələri fəaliyyət göstərir.
Müəllif: Adəm
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək


























.jpg)








