Avropa
Avropa İttifaqı "Brexit"i təxirə salmağa razılaşdı
Avropa İttifaqı Şurası Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma tarixini başqa vaxta keçirmək tələbini şərti olaraq təsdiqləyib.
Publika.az xəbər verir ki, Aİ liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti gələn həftə "Brexit" müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək.
Müqavilə təsdiqlənmədiyi təqdirdə, "Brexit" aprelin 12-dək təxirə salınacaq.
"Avropa İttifaqı Şurası "Brexit"in o şərtlə 22 may 2019-cu ilə qədər uzadılmasına razıdır ki, çıxış haqqında razılaşma gələn həftə İcmalar Palatası tərəfindən bəyəniləcək", - Aİ-nin Brüssel sammitində qəbul olunan sənəddə deyilir.
Qeyd edək ki, Britaniya hökuməti Aİ-ni tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.
-
Maraq dünyası17:16Pul qabına bunları qoyun: Ekstrasens sərvət cəlb etməyin sirrini açdı
-
Nida Xəbər 16:28Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi - Foto
-
Nida Xəbər 16:10Leyla Əliyeva sərgidə - Fotolar
-
Nida Xəbər 16:07Ata Abdullayev azadlığa buraxıldı
-
Rəsmi xronika15:12İlham Əliyev Almaniyada səfərdədir - FOTO
-
Hadisə14:39Ermənistanda türk dilində danışdığı üçün döyülən şəxs niyə Azərbaycana qaçıb?
-
Dünya13:44Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...















.jpg)



















.jpg)




