Avropa
BMT bütün dünyaya ÇAĞIRIŞ ETDİ - Yer üçün BÖYÜK FƏLAKƏT
BMT Yer kürəsini böyük fəlakətlərin gözlədiyi barədə növbəti narahatlığını dilə gətirib.
Publika.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Mozambikdə baş qaldıran “İdai” qasırğasının iqlim dəyişikliyinin dağıdıcı təsirlərini bir daha ortaya qoyduğunu deyib.
Baş katib jurnalistlərlə görüşündə “İdai”nin Afrika tarixində ən dəhşətli qasırğa olduğunu dilə gətirib.
Təbii fəlakət nəticəsində 700 nəfərin həlak olduğunu, yüzlərlə insanın itkin düşdüyünü qeyd edən Quterreş hadisədən 3 milyon insanın zərər gördüyünü və ölkə infrastrukturuna 1 milyard dollarlıq zərər vurulduğunu deyib: “Qasırğadan 1 milyon uşaq zərər gördü. Onların təcili humanitar yardıma ehtiyacları var. Beynəlxalq ictimaiyyətə 282 milyon dollarlıq yardım edilməsi üçün çağırış edirəm. “İdai” qasırğası bir təhlükə siqnalı idi. İqlim dəyişikliyinin səbəblərinin 80%-i G20 ölkələrindən gəlir. İqlim dəyişikliyi probleminin daha da dərinləşməməsi üçün məsuliyyət də böyük iqtisadiyyatı olan ölkələrin üzərinə düşür. Açıq danışaq, bu yarışda qalib gələ bilmirik”.
Qeyd edək ki, Cənubi Afrika ölkələri - Mozambik, Zimbabve, Malavidə "İdai" qasırğasının törətdiyi fəlakət nəticəsində ölənlərin ruhuna hörmət olaraq 3 günlük matəm elan edilmişdi.
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi













.jpg)






















