Avropa
Ukraynada inqilabi hərəkat başlayır: Pop ulduzu qadınları toplayıb parlamentdə... - - FOTOLAR
Ukraynada 21 iyulda keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə siyasət səhnəsi canlanmağa başlayıb.
Publika.az xəbər verir ki, ölkənin ən məşhur müğənnilərindən biri Olqa Polyakova partiya qurub parlament seçkilərində iştirak etməyə qərar verib.
Pop ulduzu qərarını instaqram hesabından açıqlayıb: “Həyatımda bir çox yenilik oldu. Bütün bunları açıq şəkildə “Otdoxnı” dərgisində yazdım. Parlament seçkiləri yaxınlaşır. Haqqında heç nə bilmədiyim bir məqsədə səs verməkdən bezdim. Milyonlarla insan kimə səs verdiklərini bilmək istəyir. Bu məsələ ilə məşğul olacaq partiya qurmağa başladığımı rəsmi şəkildə açıqlayıram. Bu, Ukraynadakı ilk qadın partiyası olacaq. Zarafat etmirəm”, - Polyakova yazıb.
Pop ulduz daha sonra qatıldığı bir qadın forumunda da məsələni gündəmə gətirib: “Qaydaları kişilərin müəyyən etdiyi ölkədə yaşayırıq. Niyə bizə biçdikləri rolu qəbul edirik? Cazibədar görünməyi sevirik. Lakin bizi ancaq seks obyekti görmələrindən xoşumuz gəlmir. Ukraynada qadınlar hər gün cinsi şovinizmlə qarşılaşır”.
Yeni prezident Vladimir Zelenskinin yenidən vətəndaşlıq verdiyi sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Yeni Qüvvələr Hərəkatı” partiyası da seçkilərə qatılacaq. Partiyanın liderlərindən Devid Sakvarelidze mətbuata açıqlamasında bu barədə danışıb.
Zümrüd
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































