Avropa
Kataloniyada etirazlar: 128 nəfər saxlanıldı, 207 polis yaralandı
Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazlarda 128 nəfər hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaksa keçirdiyi mətbuat konfransında bildirib ki, iğtişaşlar başlayandan bu günə qədər baş verən qarşıdurmalar zamanı 207 polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.
Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)













.jpg)



.jpg)

