Avropa
Kataloniyada etirazlar: 90 nəfər yaralandı, 31 nəfər...
İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarlarının etiraz aksiyaları zamanı ən azı 90 nəfər zərər çəkib.
Publika.az xəbər verir ki, bu haqda “El Pais” qəzeti bildirib.
Nəşrin informasiyasına görə, onlardan əksəriyyəti – 60 nəfər Barselonada zədələr alıb.
İlkin məlumatlara görə, Barselonada ən azı 31 nəfər toqquşmaların gedişatında saxlanılıb.
Qeyd edək ki, cümə günü Kataloniyada ümumi tətil başlanıb. Regionun müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilir, ancaq ən böyük nümayişlər muxtariyyətin paytaxtında təşkil olunub. Barselonanın mərkəzində yerləşən polis idarəsinin qarşısında təhlükəsizlik gücləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.
Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





