Avropa
Kataloniyada etirazlar: 200 nəfər saxlanıldı
İspaniyanın Kataloniya regionunda etirazların başlanmasından indiyə kimi 200 nəfər saxlanılıb.
Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İspaniyanın daxili işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Fernando Qrande-Marlaska bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlarda hüquq-mühafizə orqanlarının 288 əməkdaşı zərər çəkib.
Qeyd edək ki, cümə günü Kataloniyada ümumi tətil başlanıb. Regionun müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilir, ancaq ən böyük nümayişlər muxtariyyətin paytaxtında təşkil olunub. Barselonanın mərkəzində yerləşən polis idarəsinin qarşısında təhlükəsizlik gücləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.
Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO















.jpg)





















.jpg)


