Avropa
Ən çox xəstənin öldüyü İtaliyanı koronavirusdan Napoleonun "möcüzəvi su"yu xilas edir? - FOTO
Koronavirusdan ən çox ölüm faktının qeydə alındığı İtaliyanın şimalındakı Piedmont bölgəsində yerləşən Montaldo Torinese qəsəbəsində infeksiya aşkarlanmayıb.
Publika.az xəbər verir ki, qəsəbə sakinləri bu hadisəni möcüzəvi əfsanəvi su ilə əlaqələndirib.
Belə ki, hazırda 720 nəfərin yaşadığı qəsəbədəki quyudan çıxan suyun 1800-cü ildə bölgədə düşərgə quran Fransa generalı Napoleon Bonapartın əsgərlərini sətəlcəmdən xilas etdiyinə dair inam var. Məhz bunun sayəsində Bonapartın Avstriya qoşunları ilə apardığı Marenqo döyüşündə qalib gəldiyi rəvayəti dolaşır.
Qəsəbənin bələdiyyə sədri Serxio Qaiotti quyunun uzun illərdir ki, qapalı olduğunu, suyun sadəcə tarlaları suvarmaqda istifadə edildiyini bildirib. O, qəsəbədə koronavirusa rast gəlinməməsini təmiz hava və sağlam həyat kimi daha inandırıcı səbəblərə bağlayıb.
"Burada, demək olar ki, heç sənaye yoxdur. İnsanların çoxu sənətkarlıqla məşğul olur. Proses başlayandan bəri sakinlərin poçt qutularına təhlükəsizlikdə olmaq üçün nə etmələrinin vacib olduğundan bəhs edən xəbərdarlıqlar qoydum. Bütün ailələrə maska paylayan ilk kəndik. Hələ də maska paylamağa davam edirik", - sədr qeyd edib.
Qeyd edək ki, Montaldo Torinese sadəcə cümə günü 3 min 658 yeni yoluxma faktının aşkarlandığı regional paytaxt olan Torinodan 19 km məsafədə yerləşir. Piedmont isə İtaliyada epidemiyadan ən çox zərər görən 4-cü yerdir. Burada 8 min 206 infeksiya daşıyıcısı aşkarlanıb.
Son məlumatlara görə, İtaliyada 101 739 nəfər koronavirusa yoluxub. 11 min 591 şəxs ölüb, 14 min 620-i sağalıb.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





