Avropa
Kölndə yaşayan azərbaycanlılardan ordumuza DƏSTƏK
Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar etiraz aksiyası keçiriblər.
Publika.az xəbər verir ki, dinc şəkildə həyata keçirilən aksiyada yüzlərlə soydaşımız iştirak edib. Şəhərin Breslaur Platz adlanan ərazisində baş tutan aksiyaya Almaniyanın digər şəhərlərindən gələn azərbaycanlılar da qoşulub.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyündən, qonşu Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsindən və Qarabağ həqiqətlərindən bəhs edən şüarlar səsləndirərək şəhərin mərkəzi küçələrində yürüş ediblər.
Yürüşdə “Şəhidlər ölməz, vətən bölünməz”, "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi şüarlar səsləndirilərək Azərbaycan Ordusuna və xalqına dəstək nümayiş etdirilib.
Aksiya iştirakçıları, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda yaşayış evlərini atəşə tutmasını, mülki şəxsləri hədəfə alaraq öldürməsini Köln sakinlərinin diqqətinə çatdırıblar.
Qeyd edək ki, daha əvvəl etiraz yürüşü ölkənin Düsseldorf şəhərində də keçirilib.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
































.jpg)
.jpg)

