Avropa
İkinci dalğaya səbəb bu şəxslərdir - ÜST xəbərdarlıq edir
Koronavirus pandemiyasının ilk dalğasını geridə qoyan Avropa ölkələri ikinci dalğaya hazırlaşır. Mütəxəssislər qitədə pandemiyanın yenidən sürət qazanmasına səbəb olan siyasət və mövqelər arasında ictimai sağlamlıq ilə qərarların yumşaldılması, turizm, iş yerlərinə qayıdış və gənc əhali təbəqəsinin təmkinsiz davranışları kimi vəziyyətlərin olduğunu açıqlayır.
Publika.az xəbər verir ki, Avropa Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinə görə, bu həftə Avropa İttifaqı və İngiltərədə gündəlik yoluxma sayları 14 günlük bildiriş prosesində 45 mini keçərək yeni rekord qırıb. Avropada virusdan ölüm faizi 72 gündür sabit qalsa da, Bolqarıstan, Xorvatiya, Malta, Rumıniya və İspaniyada ölüm sayları artır.
Qitədə yoluxma sayındakı dalğalanma yay tətili mövsümü ilə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı artımın qismən tədbirlərin yumşalmasına və insanların tədbirləri əldən verməsinə bağlı ola biləcəyini bildirir. Qeyd edilir ki, dəlillər ikinci dalğaya səbəbin gənclər olduğunu göstərir.
ÜST-nin Avropa direktoru Hans Kluqe qitədə sentyabr ayının ilk həftəsində daha irəli yaş qruplarında (50-79 yaş arası) artımın olduğunu, ən böyük yoluxma faizinin isə 25-49 yaş qrupunda qeydə alındığını açıqlayıb.
Zümrüd
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU




































