Avropa
Ukraynanın paytaxtında kütləvi etiraz aksiyaları keçirilir - VİDEO
Ukrayna Ali Radasının qarşısında COVID-19 pandemiyası ilə əlaqəli müəssisələr üçün tətbiq olunan karantin məhdudiyyətlərinə qarşı sahibkarların mitinqi keçirilir.
Publika.az xəbər verir ki, sahibkarlar karantin qaydalarına etirazlarını bildirir.
Etirazçılar Ukrayna parlamentinin binasının yerləşdiyi Xruşevski küçəsini bağlayıb və Radanın bütün girişlərinin yanında dayanıb. Parlamentin qarşısındakı Konstitusiya Meydanında tribuna düzəldilib, oradan pulsuz mikrofonla danışmaq istəyən hər kəs üçün şərait yaradılıb. Etirazçılar səlahiyyətliləri karantin məhdudiyyətlərini qaldırmağa çağırır. Bundan başqa, parlamentdən sadələşdirilmiş vergi, mühasibat və hesabat sisteminin qorunmasına yönəlmiş iki qanun layihəsini qəbul etmələrini də tələb edirlər.
Rada binasının təhlükəsizliyi polis və Milli Qvardiyanın əsgərləri tərəfindən gücləndirilib. Bundan əlavə, təhlükəsizlik qüvvələrini daşıyan avtobuslar qonşu küçələrdə gəzir, yanğınsöndürən maşınlar hazır vəziyyətə gətirilib.
Ukrayna Nazirlər Kabineti bu ilin sonuna qədər qüvvədə olan ümummilli karantin və fövqəladə vəziyyəti 28 fevrala qədər uzadıb. Sərt karantin məhdudiyyətləri dövründə məktəblər və universitetlər bağlanacaq, bağçaların işi dayandırılacaq. Hər hansı kütləvi tədbir keçirmək qadağandır. Bununla yanaşı, bazarların da işinə qadağa qoyulub.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
