Avropa
Merkeldən 8 Mart AÇIQLAMASI: "Əskiklikləri sorğulamaq üçün yaxşı bir vasitədir..."
"Almaniyada qərarvermə proseslərində qadınlar daha çox cəlbedilməlidir"
Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel 8 Mart Qadınlar Günü münasibətilə etdiyi çıxışı zamanı deyib.
O bildirib ki, cəmiyyəti şəkilləndirməkdə əhəmiyyətli rolu olan qadınların siyasət, biznes və cəmiyyətdə mühüm qərarvermə proseslərində bərabər haqlara sahib olmamaları qəbul edilə bilməz:
"8 Mart ictimai cinsiyyət bərabərsizliyinə gedən yolda hələ də əskikliklərin olduğunu sorğulamaq üçün yaxşı bir vəsilədir.
Birləşmiş Millətlər Təşkilatının builki devizi "Liderlikdə qadınlar: “Covid-19” dünyasında bərabər bir gələcək"dir. Bu, çox uyğun, yerində və zamanında olan bir devizdir.
Pandemiya dövründə çox qadın uzaqdan təhsil, uşağa baxma və karyeraları arasında tarazlıq yaratmağa çalışdı və çalışır. Həkimlər, laboratoriya işçiləri, əczaçılar kimi səhiyyə sektorunda çalışanların 75 faizi qadınlardır, rəhbərlik mövqelərində isə onlar cəmi 35 faiz təşkil edir.
Hər cinsin fikri və istedadı bir-birindən qiymətlidir, xüsusilə qlobal pandemiya dövründə. Ona görə də cəmiyyətin bütün sahələrində bərabərliyə ehtiyacımız var. Bu, qadınların kişilər qədər qazana bilməsi anlayışını da əhatə edir".
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO





































