Avropa
Strasburqun erməni əsilli merinin qərarı etirazlara səbəb oldu
Fransanın Strasburq şəhərinin meri, erməni əsilli Janna Bargesyanın qərarı dövlət rəsmilərinin qəzəbinə səbəb olub. Belə ki, Bargesyan türk hakim dairələri ilə əlaqələndirilən Milli Görüş Assosiasiyasına 2,5 milyon avro subsidiya ayrılmasını dəstəkləyib. Bu məbləğ şəhərdə tikiləcək nəhəng məscidin tikintisinə sərf olunacaq. Eyni zamanda Strasburq bələdiyyəsi antisemitizmə qarşı səsvermədən imtina edib.
Publika.az-a açıqlamasında erməni diasporunun ikiüzlü mövqeyindən bəhs edən senator Natali Qule (Natalie Goulet) bu durumun təzadlı olduğunu da bildirib.
"Açığı bu hadisə, eyni zamanda Strasburq bələdiyyəsinin antisemitizmə qarşı səsvermədən imtina etməsi faktı məni çox təəccübləndirdi. Ümid edirəm, erməniləri dəstəkləyən fransızlar bu təzadlı və kifayət qədər qəribə duruma nəzər yetirib, diasporun ikiüzlü siyasətini anlayacaqlar".
Senator onu da qeyd edib ki, hadisələrin gedişatını izləyib, həqiqətin şahidi olacağıq.
Xatırladaq ki, Strasburq merinin qərarına qarşı çıxan Fransa Daxili İşlər naziri Jerard Darmanin Bargesyanı ölkə torpağına yad müdaxiləni dəstəklədiyi üçün qınadığını vurğulayıb.
Strasburqun dini icmaları nazirin hiddətli çıxışını ilk dövlət müdaxiləsi kimi qarşılayıb. Buna baxmayaraq, Bargesyan Avropanın ən böyük məscidinin tikilməsi üçün subsidiya ayrılması təklifindən dönməyib.
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
