Avropa
İnsanlar TƏŞVİŞDƏ: Toxunduğu hər şeyi külə çevirir - 10 günə...
İspaniyanın La Palma adasında ayın 19-dan bəri püskürən Kumbre Vexa vulkanının lavası 10 gün sonra Atlantik okeanına tökülməyə başlayıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, lava axını keçdiyi hər yeri yandıraraq Los Girres çimərliyinə çatıb.
Lava axınının təxminən 100 metrlik qayalıqdan okeana tökülməyə başladığı bildirilib.
Mütəxəssislər temperaturu 1100 dərəcədən yuxarı olan lavanın təxminən 20 dərəcə selsi istiliyi olan dəniz suyu ilə təmasının kimyəvi reaksiya yarada və zəhərli qazlar buraxa biləcəyini deyirlər.
Regional rəhbərlik sakinlərə lavanın dənizə töküldüyü yerdən ən az 3.5 kilometr uzaqda qalmağı tövsiyə edib. Bu səbəbdən nəzarətin artırıldığı bildirilib.
Lavanın çatdığı çimərliyi tamamilə məhv etməklə yanaşı, ətrafa ciddi ekoloji zərər verə biləcəyi diqqətə çatdırılıb.
1949-cu ildə Palmada San Xuan, 1971-ci ildə isə Tenegiya vulkanlarının püskürməsi nəticəsində əmələ gələn lava axınlarının təxminən 2 ay sonra dənizə çatdığı, Kumbre Vexadan isə 50 milyon kubmetrlik lavanın cəmi 10 günə dənizə çatdığı deyilib.
50 il əvvəl Tenegiya vulkanının püskürməsi nəticəsində ölən yeganə insan qazdan zəhərlənməsindən həyatını itirib.
Digər tərəfdən, bölgədə zəlzələlərin davam etdiyi və sentyabrın 28-də 2-3 bal gücündə 29 titrəmənin qeydə alındığı vurğulanıb.
Kumbre Vexadan axan lava Palma adasında 24 kilometrlik yolu yararsız hala salıb. Lavanın əhatə etdiyi 300 hektardan çox ərazidə 589 ev də daxil olmaqla 686 bina yanaraq kül olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
